Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı

Sosial

19 Noyabr 2026 08:34 48


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Soltanlı kəndinə 16 ailə (80 nəfər) və Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Beləliklə, növbəti mərhələdə ümumilikdə 155 nəfərdən ibarət 35 ailə doğma yurdlarına qayıdır. Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir. Elektronika məhsulları

Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhid olan hərbçilərin xatirəsini yad ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!