Çılpaq miqrantlar: Türkiyə ittihamları rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Çılpaq miqrantlar: Türkiyə ittihamları rədd etdi

Dünya

21 Oktyabr 2022 16:41 1084


Türkiyə-Yunanıstan sərhədində olan 92 çılpaq qaçqının peyda olmasından yaranan müzakirə getdikcə qızışır.

Yenisabah.az xəbər verir ki, keçən həftə Yunanıstanın immiqrasiya və sığınacaq naziri Notis Mitarakis sosial media hesabında bir qrup qaçqının soyundurulmuş şəklini paylaşıb.

Nazir iddia edib ki, guya onlar Türkiyə tərəfində soyundurulub. pizza

Mitarakisin paylaşdığı foto ilə başlayan anti-Türkiyəyə müzakirəsi Ankara-Afina xəttində gərginliyi artırıb.

Türkiyə Prezidentinin kommunikasiyalar üzrə müşaviri Fahrettin Altun ittihamları sərt şəkildə cavablayıb:

“Yunanıstandan qaçqınlara qarşı qeyri-insani münasibətindən, onlara qarşı əsassız ittihamlardan bir an əvvəl əl çəkməsini istəyirəm. Sizi dövlətə və dövlətin ciddiliyinə uyğun davranmağa dəvət edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!