Çimərliyə və idman yarışlarına gedənlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Çimərliyə və idman yarışlarına gedənlərə XƏBƏRDARLIQ

Sosial

27 May 2021 16:43 968


Daxili İşlər Nazirliyinin çimərliklərdə davranış qaydaları və beynəlxalq tədbirlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

DİN Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumatda qeyd edilir ki, 2021-ci il 31 may və 10 iyun tarixlərdən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində  tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılması barədə qərar qəbul edilib.

Bununla belə, mövcud yumşalma tədbirləri arxayınlıq hissi yaratmamalı, daha məsuliyyətli olmalı, koronavirus infeksiyasının doğurduğu təhlükə bir an belə unudulmamalıdır. Hər zaman özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalı, böyük və gərgin fəaliyyət nəticəsində yoluxmaların dinamikasında əldə edilmiş müsbət təmayül möhkəmləndirilməli və inkişaf etdirilməlidir. pizza hut

İyun ayı ərzində Bakı şəhərində keçiriləcək iki beynəlxalq idman tədbirinin azarkeşləri də xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.  

Xatırladırıq ki, qapalı məkanlarda, o cümlədən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmək, açıq havada istirahət zamanı, çimərliklərdə olarkən sosial məsafə saxlamaq, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etmək mütləq və vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!