Çin lideri Si Cinpin ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb.
Yenisabah.az AFP-yə istinadən xəbər verir ki, görüş Pekində yerləşən Diaoyutai Dövlət Qonaq Evində baş tutub.
Görüşün təfərrüatları açıqlanmayıb. CCTV kanalı qeyd edir ki, 1971-ci ildən bəri 100 yaşlı amerikalı diplomat Çinə 100 dəfədən çox səfər edib. Pepperoni pizza
Bundan əvvəl iyulun 19-da Henri Kissincer Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının departament rəhbəri Vanq Yi ilə görüşüb. Çinli görüşdən sonra deyib ki, ABŞ-ın hazırkı rəhbərliyinə “Kissincer üslubunda diplomatik müdriklik və Nikson üslubunda siyasi cəsarət lazımdır”.
Kissincer Riçard Nikson və Cerald Fordun prezidentliyi dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb. O, 1970-ci illərdə Vaşinqton və Pekin arasında münasibətlərin normallaşdırılmasında əsas rol oynayıb və vəzifəsini tərk etdikdən sonra müntəzəm olaraq Çinə səfər edib.
Telegram kanalımız