Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sosial

29 May 2024 18:09 1400


"Mövsümün ən dadlı meyvələrindən biri olan çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur".

Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumatı Kliniki Tibbi Mərkəz yayıb.

Xəbərdarlıqda deyilir ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır. Özünü yüngül qaşınmadan şiddətli dəri səpgilərinə və ya tənəffüs problemlərinə qədər dəyişən əlamətlərlə büruzə verir. pizza sifarişi

Çiyələk allergiyasının simptomları müxtəlif olur. Bu allergiya ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma və s. kimi simptomlarla özünü göstərir.

Çiyələk qəbul etdikdən dərhal sonra və ya bir neçə saat ərzində bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!