Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

saytların hazırlanması

Evə çatdırılma

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Sosial

17 Aprel 2024 13:55 254


Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə "Vosmoy bazarı" kimi tanınan 8-ci kilometr bazarının da daxil olduğu 30 milyon manatlıq əmlakların müsadirəsindən verilmiş kassasiya şikayətinə baxılıb.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şikayət təmin olunmayıb.

Cinayət işi üzrə zərərçəkənlər bildiriblər ki, A.Çovdarov onlara məxsus mülki hələ vəzifədə olarkən əllərindən alıb. O, həbs olunandan sonra həmin əmlaklar da dövlət nəfinə müsadirə edilib. pizza hut

Sabiq generalın ailə üzvləri şikayətlərində işi üzrə onlardan müsadirə olunan əmlakların cinayət yolu ilə ələ keçirilmədiyini bildiriblər.

Qeyd edək ki, ötən il sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq generalın 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!