COVID-19-a yoluxan şagird və müəllimlərin sayı AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

COVID-19-a yoluxan şagird və müəllimlərin sayı AÇIQLANDI

Sosial

08 İyun 2021 17:36 879


Mayın 17-dən iyunun 5-dək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində 1 şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb. Həmin müddətdə Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin koronavirus analizinin nəticəsi müsbət çıxıb: "Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!