COVID-19 mövsümi qrip sayılacaq

saytların hazırlanması

Evə çatdırılma

COVID-19 mövsümi qrip sayılacaq

Sosial

09 May 2023 16:17 731


Yaponiyada hökumət COVID-19-u mövsümi qripin aşkar edildiyi "Kod 5" xəstəlik kateqoriyasına daxil edib. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyi COVID-19-u ağır kəskin tənəffüs çatışmazlığı və vərəm xəstəliklərini əhatə edən "Kod 2" kateqoriyasından çıxarıb. 

Yeni qərara uyğun olaraq, COVID-19 artıq qanuni olaraq mövsümi qripin aşkarlandığı "Kod 5" xəstəlik kateqoriyasında olacaq. Belə ki, epidemiya ilə bağlı analizləri müsbət çıxan və yaxın təmasda olan şəxslər üçün tətbiq olunan karantin prosedurları ləğv edilib.  Toyuqlu pizza

Hökumətin fövqəladə vəziyyət elan etmək səlahiyyəti, o cümlədən iş saatlarının qısaldılması və tələblərə əməl edilməməsinə görə cəza sanksiyalarının tətbiqi də ləğv olunub. 

Əvvəllər müəyyən səhiyyə müəssisələrində müalicə alan COVID-19 xəstələri ölkə üzrə xəstəxanalarda xidmət almaq hüququ əldə edə biləcəklər. 

Qeyd edək ki, ilk yoluxmanın 2020-ci ilin yanvarında müşahidə edildiyi Yaponiyada, 2022-ci ilin sentyabrında 20 milyonu keçən yoluxma halları martın ilk həftəsində 30 milyonu ötmüşdü. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!