Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Dağdan düşüb ölən 13 yaşlı məktəbliylə bağlı təfərrüatlar açıqlandı
07 Dek 2021 15:38
506

Dağdan düşüb ölən 13 yaşlı məktəbliylə bağlı təfərrüatlar açıqlandı

Dekabrın 5-də Qusar rayonu Ləzə kəndində - Şahdağ zirvəsinin yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, dağlıq əraziyə istirahətə gedən 13 yaşlı Rüstəmli Nihad Niyaz oğlu qayadan yıxılaraq ölüb.

Bildirilib ki, orta məktəb şagirdi olan Nihad məktəbli dostları ilə birgə Şahdağa istirahətə gedib. Bu məqsədlə onlar avtobus icarəyə götürüblər və Bakıdan Qusara yola düşüblər. Qarlı-şaxtalı havada dağlıq ərazidə dostları ilə birlikdə şəkil çəkdirən N.Rüstəmli daha sonra hündürlüyü 50 metrdən çox olan qayanın üstünə çıxaraq selfi çəkdirmək istəyib. Bu zaman onun ayağı şaxtanın da səbəb olduğu sürüşkənlik səbəbindən sürüşüb və 13 yaşlı oğlan qayadan yıxılıb. O, hadisə yerində vəfat edib.

N.Rüstəmlinin meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər