Daha 9 nəfərə təyin edilmiş əlillik dərəcəsi ləğv olundu -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Daha 9 nəfərə təyin edilmiş əlillik dərəcəsi ləğv olundu - SƏBƏB

Sosial

03 May 2021 16:28 1071


Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün  barələrində e-sistemə göndəriş daxil edilən, eləcə də  əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar olunan 18 şəxs də əyani müayinə əsasında qiymətləndirməyə cəlb olunub.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Yenisabah.az-a bildirilib ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya həmin şəxslərin əlillik sənədləri ilə bərabər, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırıb. 

Əyani müayinəsi aparılmış 18 nəfərdən 9 nəfərin (50%) xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. pizza sifarişi

Bu səbəbdən onlara təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Əyani müayinələrdə qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir. Bu dəfəki müayinədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak edib. Aparılan işlərin əsas məqsədi bu istiqamətdə də əlillik təyinatlarının tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının ləğv edilməsidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!