Daha bir şəhidimiz 30 il sonra dəfn edildi 

saytların hazırlanması

Evə çatdırılma

Daha bir şəhidimiz 30 il sonra dəfn edildi 

Sosial

24 May 2024 17:05 536


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hacıyev Firuddin Nadir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu. 

Yenisabah.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun İnçə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.  Toyuqlu pizza

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. 

Qeyd edək ki, Hacıyev Firuddin Nadir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!