Daha bir vəzifəli şəxs koronavirusun qurbanı oldu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir vəzifəli şəxs koronavirusun qurbanı oldu

Sosial

18 May 2021 14:35 1278


“Əməkdar mühəndis”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin eks-müşaviri, Yeni Azərbaycan Partiyasının "Meliorator" ilk təşkilatının sədri Akif Mustafayev vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib.

O bildirib ki, A. Mustafayev koronavirusdan dünyasını dəyişib. Sezar pizza

D. Şərifov qeyd edib ki, Akif Mustafayev 1 ildir ki, müşavir vəzifəsindən çıxıbmış: “O, öz ərizəsiylə işdən ayrılmışdı. Son 3 aydır ki, koronavirusdan əziyyət çəkirdi. Süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi”.

Qeyd edək ki, 67 yaşlı A. Mustafayev uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!