Daşkəsənə dolu düşdü - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsənə dolu düşdü - FAKTİKİ HAVA

Sosial

17 May 2024 16:24 480


Mayın 17-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Daşkəsən, Gədəbəy, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Xınalıq, Şahdağ, Qrızda arabir qar yağıb.

Daşkəsən rayonuna saat 13:55-13:59 radələrində diametri 16 mm olan dolu düşüb. Dominos pizza

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 7-12 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!