Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Deputat hiddətləndi: “Şəhid atasına sığorta pulu vermirlər“
08 İyn 2021 14:52
806

Deputat hiddətləndi: “Şəhid atasına sığorta pulu vermirlər“

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid ailəsinin müraciətinə baxılmadığına görə məmurlara hiddətlənib.

Yenisabah.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin iclasında çıxış edib:

“Adam şəhid verib, özü də Birinci Qarabağ müharibəsi əlilidir. Nə istəyir? İstəyir ki, məhkəmənin qərarı yerinə yetirilsin. Haqqı olanı alsın. Məmurlar mənə deyirlər ki, Qənirə xanım, bu məsələni Milli Məclisdə 3 dəfə qaldırmısınız. Deputatla belə bir üslübda, belə bir tonda danışmaq heç doğru yanaşma deyil. Mən hansı məsələni neçə dəfə qaldıracağam, bunu seçicilərim müəyyən edir, hansısa məmur yox. Qurumlardan cavab ala bilmirəm, ona görə dəfələrlə məsələni qaldırmalı oluram. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Əgər yerinə yetirməsələr, mən onların adlarını da çəkəcəm. Məhkəmənin qərarı yerinə yetirilsin, şəhid atasının sığorta pulu verilsin!”.

Komitə sədri sonra bildirib ki, dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir:

“Deputatla danışanda üslüblarına diqqət etsinlər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər