Deputatlar sərhəd mübahisələrini bitirən sazişi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar sərhəd mübahisələrini bitirən sazişi təsdiqlədi

Dünya

17 Noyabr 2022 15:56 673


Qırğız parlamentinin deputatları iki ölkə sərhədində son mübahisəli hissələrə dair Özbəkistanla saziş layihəsini təsdiqləyib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, parlamentarilər noyabrın əvvəlində iki ölkənin xarici işlər nazirləri tərəfindən Kəmpir-Abad (Əndican) su anbarı və “Sərhədin ayrı-ayrı hissələri haqqında” imzalanmış ikitərəfli sazişləri təsdiqləyiblər və bu sazişlər faktiki olaraq sərhədin demarkasiyası və delimitasiyası prosesini başa çatdırıb.

90 deputatdan 60-dan çoxu bu qərarın lehinə, 19-u əleyhinə səs verib. Sezar pizza

Sənəd Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov və Şavkat Mirziyoyev tərəfindən imzalandıqdan sonra rəsmən qüvvəyə minəcək.

Xatırladaq ki, Qırğızıstan-Özbəkistan sərhədinin uzunluğu 1300 km-dən çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!