Diktaturadan pop ulduzluğuna - Rejimdən qaçdılar, milyonların sevimlisinə çevrildilər

saytların hazırlanması

Evə çatdırılma

Diktaturadan pop ulduzluğuna - Rejimdən qaçdılar, milyonların sevimlisinə çevrildilər

Şou

18 İyul 2025 16:25 423


Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan bir qrup gənc burada K-pop musiqi qrupu qurub. Onlar həm öz hekayələrini dünyaya çatdırmaq, həm də musiqi vasitəsilə birləşdirici mesajlar vermək niyyətindədirlər.

Yenisabah.az xəbər verir ki, “Maytree” adlı bu qrup, Şimali Koreya rejimindən qaçan gənclər tərəfindən yaradılıb. Onlar Cənubi Koreyada bir araya gələrək həm musiqi yaradır, həm də qaçqınların yaşadığı çətinlikləri gündəmdə saxlamağa çalışırlar.

Qrup üzvləri bildirirlər ki, məqsədləri təkcə musiqi ilə məşğul olmaq deyil – onlar Şimali Koreyadan qaçan insanların səsini duyurmaq və onların çəkdiyi əzabları dünyaya göstərmək istəyirlər. Musiqilərində ümid, azadlıq və insan hüquqları mövzularına xüsusi yer verilir. pizza mizza

Qeyd edək ki, Şimali Koreyadan Cənubi Koreyaya keçən qaçqınların sayı az olsa da, onların bir çoxu burada sosial adaptasiya problemi yaşayır. “Maytree” qrupu isə bu çətinlikləri mədəniyyət və sənət vasitəsilə aşmağa çalışır.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!