Məşhur məkanın kapısına qıfıl vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Məşhur məkanın kapısına qıfıl vuruldu

Sosial

23 Noyabr 2026 16:37 46


Salyan şəhərində fəaliyyət göstərən “Aşxana” kafesində sanitar-gigiyenik qaydaların və qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA-nın Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z. Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus obyektdə nəzarət tədbiri keçirib. ShopByBro

Yoxlama zamanı kafedə qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərildiyi, yeməklərin hazırlanması üçün mətbəx sahəsinin olmadığı müəyyən edilib. Həmçinin ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi və temperatur rejiminə əməl olunmadığı aşkarlanıb.

Bundan başqa, obyektdə digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin də pozulduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, sahibkara icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək kafedə fəaliyyətin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!