ABŞ-nin ilk prezidenti Corc Vaşinqtona aid olduğu bildirilən bir tutam saç hərracda 4 min dollara satılıb.
“Yeni Sabah” xəbər verir ki, illərlə çərçivədə qorunan saç tutamının yeni sahibinin kimliyi açıqlanmayıb.
Saçın tarixçəsi 1799-cu ilə, Vaşinqtonun ölümündən əvvəlki dövrə gedib çıxır. O, Corc Vaşinqtonu 1798 və 1799-cu illərdə ad günü mərasimlərində evində qonaq edən Con Qadsbiyə məxsus olub. Online shopping Azərbaycan
Qadsbi bu xatirəni uzun illər qoruyub saxlayıb və sonradan ailəsinin digər üzvlərinə ötürüb.
Saç tutamını daha sonra kolleksiyaçı Con K.Lattimer Qadsbi ailəsinin nəslindən olan şəxsdən satın alıb.
C.Vaşinqtona aid olduğu ehtimal edilən saç nümunələri əvvəllər də yüksək qiymətə satılıb. 2021-ci ildə keçirilən hərracda onun üç saç teli medalyonun içərisində təxminən 40 min dollara alıcı tapıb.
Hazırda Vaşinqtonun keçmiş iqamətgahı olan Mount Vernon muzeyinin kolleksiyasında ona aid ən azı 50 saç nümunəsinin qorunduğu bildirilir.
Aydan Hacı
Telegram kanalımız