Azərbaycanda dublyaja marağın yoxluğunun ən əsas səbəbi odur ki, dilimizi sevmirik. Başqa millətlərin dilini daha çox sevirik, nəinki, öz dilimizi".
Yenisabah.az Faktmedia-ya istinadla xəbər verir ki, bunu aparıcı və aktyor Azər Aydəmir deyib.
O, Azərbaycanda niyə dublyaj sənətinin populyarlıq qazana bilməməsinə dair suala belə cavab verib: pizza sifarişi
"Dublyaj keyfiyyətimiz Gürcüstanın dublyaj keyfiyyətindən daha yüksəkdir. Xalqın gözündə dilin prestijini qaldırmaq lazımdır. Dövlət səviyyəsində təşviqat, təbliğat işləri aparılmalıdır. Nə qədər ki, biz hər üçüncü insana öz dilimizi sevdirsək, dublyaja da maraq artacaq, seviləcək.
Əslində, dublyajımızda heç bir problem yoxdur. Səsləndirmə də, dublyaj da keyfiyyətlidir. Sadəcə, öz dilimizə qulaq asmağı xoşlamırıq".
Telegram kanalımız