DİN və ANAMA əhaliyə çağırış etdi: Təhlükəlidir!

saytların hazırlanması

Evə çatdırılma

DİN və ANAMA əhaliyə çağırış etdi: Təhlükəlidir!

Sosial

13 Oktyabr 2023 12:07 563


Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

Yenisabah.az xəbər verir ki, çağırışda təhlükəli ərazilərdə hər bir addımın ölümcül ola biləcəyi bildirilir.

"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq: Toyuqlu pizza

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

• Yalnız gündəlik işlək yollardan istifadə edin!

• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

• Naməlum əşyalara toxunmayın!

• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!", - deyə çağırışda vurğulanır.

Xatırladaq ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib. Nəticədə "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!