“Dinamo”nun məşqçisi Emreli ilə vidalaşmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

“Dinamo”nun məşqçisi Emreli ilə vidalaşmaq istəyir

İdman

02 Yanvar 2024 17:16 1333


Xorvatiyanın “Dinamo Zagreb” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə komanda axtarır.

Yenisabah.az xəbər verir ki, Zaqreb təmsilçisi 26 yaşlı hücumçunun çıxışından məmnun deyil.

Baş məşqçi Sergey Yakiroviç bir neçə futbolçunun onun oyun fəlsəfəsinə uyğun olmadığını düşünür ki, onların bəzilərinin qış, bəzilərinin isə yay fasiləsində yola salınmasının tərəfdarıdır. pizza mizza

Bosniya və herseqovinalı mütəxəssisin “qara siyahı”sında yer alan futbolçulardan biri də Mahir Emrelidir.

Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!