“İndiki qızlar çoxbilmişdir, 16 yaşına çatanda...” - Əməkdar artisdən maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İndiki qızlar çoxbilmişdir, 16 yaşına çatanda...” - Əməkdar artisdən maraqlı açıqlama

Şou

10 Mart 2023 13:22 3571


"Adam var ki övladını oxutmağa imkanı yoxdur, adam da var, övladın özü oxumaq istəmir". 

Bunu Yenisabah.az-a Əməkdar artist, qarmonçu Gülbahar Şükürlü deyib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə əvvəllər ailələr kiçik yaşlarından qız övladı üçün cehiz yığmağa başlayırdı. "Cehizi almaq üçün da maliyyə vəsaiti tələb olunur", - deyən Dİ rəhbərinin fikrincə, valideynlər bunun yerinə uşaqlarının keyfiyyətli təhsil almasına diqqət yetirməlidir. Marqarita pizza

M. Abbaszadənin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları soruşur: Doğrudan ailə qurmaq üçün ali təhsil cehizdən daha vacibdir? 

Gülbahar Şükürlünün sözlərinə görə, "bəli": 

"Mən övladlarımı misal çəkərək deyə bilərəm ki, onların hər ikisi həm diploma, həm də normal ailə həyatına sahibdir. Allah onların timsalında bütün balalarımızı qorusun! Doğrudur, cehiz də diplom qədər xüsusi əhəmiyyət daşıyır. Lakin savad da vacibdir. Çünki uşağın savadı olmadıqda o kənar, biliksiz mühitdə böyüyüyüb püxtələşir. 

Adam var ki övladını oxutmağa imkanı yoxdur, adam da var, övladın özü oxumaq istəmir. Təbii ki heç bir halda sonuncuları buna məcbur etmək olmaz. Oxumaq insanın canından gəlməlidir.

Oğlanlara nisbətən qızların oxuması çox vacibdir. Qızın diplomu və pul qazanacağı bir işi olmalıdır. Oğlan hər iş görə bilər, yeri gələr fəhləlik də edər". 

Qarmon ifaçısı qızların erkən ailə qurmasına belə münasibət bildirib:

"Mən də çox cavan yaşda ərə getmişəm. 19 yaşımda ailə həyatı qurmuşam. Tanıdığım elə ailələr var ki qızları 16 yaşında evlənir, amma hamıdan  xoşbəxtdir. Hətta nəvələri var. 

Əlbəttə, tez, yaxud gec ərə getməyin xoşbəxtliyə aidiyyəti yoxdur. İndi boşanmalar dəb halı alıb. Bir də görürsən ki, 25 yaşında evlənir, 6 aydan sonra da boşanır. Maşallah olsun, qızlarımız çoxbilmişdir. 16 yaşlısı özünü 23 yaşlı, püxtələşmiş qız kimi aparır.

El içində bir söz var: "Ər evindən meyitin çıxsın. Bu o demək deyil ki, get, öl. Yəni ər evinə get, ordan da ancaq öləndə çıx”. 

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!