Diplomat İsrailə dəstəyə görə istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Diplomat İsrailə dəstəyə görə istefa verdi

Dünya

19 Oktyabr 2023 09:43 470


ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Bayden administrasiyasının İsrail-Qəzza müharibəsinə münasibətinə etiraz əlaməti olaraq istefa verib.

Yenisabah.az xəbər verir ki, Coş Pol bu barədə LinkedIn-də yazıb:

“Səmimi qəlbdən inanıram ki, İsrailin cavabı və bununla da Amerikanın həm bu cavaba, həm də işğalın status-kvonuna verdiyi dəstək həm israillilər, həm də Fələstin xalqı üçün daha böyük və daha dərin iztirablara səbəb olacaq. Bu, Amerikanın uzunmüddətli maraqlarına uyğun deyil”. pizza mizza

C. Pol əlavə edib: "Bir tərəfi kor-koranə dəstəkləmək uzunmüddətli perspektivdə hər iki tərəfin xalqının maraqlarına dağıdıcı təsir göstərir. Qorxum budur ki, son onilliklərdə etdiyimiz səhvləri təkrarlayırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!