DİQQƏT! Bakıda bu gün saat 10-dan etibarən...

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bakıda bu gün saat 10-dan etibarən...

Sosial

13 İyun 2024 01:29 753


Bu gün Bakının beş rayonunun qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar iyunun 13-ü saat 10:00-dan etibarən paytaxtın Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Marqarita pizza

Təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şağan qəsəbəsinin, Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Maştağa Albalılıq, Bilgəh Albalılıq yaşayış massivlərinin bir hissəsinin, Şəfai, Xanlar, Zərdabi, Mehdi Hüseyn küçələrinin, Binəqədi rayonu üzrə Süleyman Sani Axundov, İlham Hacıyev, Amay Kumanbayev, Aydınbəyov küçələrinin, Nəsimi rayonu üzrə Asif Məhərrəmov küçəsinin, Yasamal rayonu üzrə isə Zərdabi küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!