DİQQƏT! Sabah bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sosial

13 May 2024 21:33 844


Sabah bəzi ərazilərdə qaz olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, “Buzovna 101” QPM-dən qidalanan “Yuxarı Şağan” xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və üç tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14 may 2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!