Dövlət borcu azaldı

saytların hazırlanması

Evə çatdırılma

Dövlət borcu azaldı

İqtisadiyyat

09 Oktyabr 2026 14:35 51


Azərbaycanın strateji valyuta ehtiyatlarında kəskin artım, xarici dövlət borcunda isə azalma dinamikası davam edir. 

“Yeni Sabah” xəbər verir ki, 2026-cı il sentyabrın 30-u vəziyyətinə ölkənin strateji valyuta ehtiyatları 9,7 faiz artaraq 89 milyard 380,7 milyon ABŞ dollarına yüksəlib. Eyni dövrdə xarici dövlət borcu 7,8 faiz azalaraq 4 milyard 509,5 milyon dollara düşüb.

Büdcə göstəricilərinə gəlincə, yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat, xərcləri isə 25 milyard 348,2 milyon manat olub. Nəticədə büdcədə 3 milyard 963,9 milyon manatlıq profisit yaranıb. pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!