Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxslərin saxlanıldığı bildirilir.
“Yeni Sabah” saxlanılan icra başçısı ilə bağlı faktları təqdim edir:
İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb, Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və keçmiş Əzizbəyov rayonları (indiki Xəzər rayonu) üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib. Toyuqlu pizza
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentinin rəis müavini olub.
İ.Rzayev 14 ildən çoxdur Balakənin icra başçısıdır. O, bu vəzifəyə 2011-ci il mayın 18-də təyin olunub.
Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Nazim Hacıyev
Telegram kanalımız