“Əgər Avropada 3-cü vaksin tələbi varsa...” – Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Əgər Avropada 3-cü vaksin tələbi varsa...” – Deputat

Sosial

15 Oktyabr 2021 10:31 953


“İnsanlar Avropada 3 doza vaksini vurdurmağı tələb edir. 2 doza vaksin o qədər də yetərli olmadığını isbatlayıb. Artıq 3 doza vaksinin vurulması zərurəti gündəmə gəlib”.

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, 3 doza vaksinin vurulması zəruridir: Marqarita pizza

“Özüm də 2 doza “Sinovac” vurdurmuşdum. Üçüncü də “Pfizer” peyvəndi olub. Bundan sonra xəstələndim, amma yüngül keçirdim. Testimin nəticəsi 2 dəfə pozitiv çıxıb. 63 yaşında olan adam üçün bu yaxşıdır. Anamın da yaşı çoxdur, amma vaksin olunduğuna görə, xəstəliyi yüngül keçirib.

Dünyanın inkişaf etmiş ölkələrində belə çox ciddi qadağalar tətbiq olunur. Avropada, Asiyada azyaşlılar vaksinasiya olunur. Azərbaycanda da uşaqlar peyvənd olunmalıdır”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!