Əhaliyə XƏBƏRDARLIQ - SABAH 10:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ - SABAH 10:00-dan...

Sosial

30 Aprel 2024 19:05 34475


Mayın 1-də Bakının Binəqədi rayonunun və Zaqatala rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

"Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 5035 məhəllədə qaz xəttinin yerinin dəyişdirilməsi, DSK yolu adlanan ərazidə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın “Təmiz Qaz” QSC tərəfindən ləğv edilməsi və Sulutəpə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, qaz təchizatı şəbəkəsində deformasiyaya uğramış müxtəlif diametrli xətlərin təmiri, həmçinin "Zaqatala" QPS-də qaz tənzimləyicidən əvvəl qaz xətti üzərində təmizləyici filtirin quraşdırılması ilə əlaqədar mayın 1-də saat 10:00-dan “Biləcəri (Sulutəpə)", “Çiçək (Sulutəpə)”, “BMSK” və “Biləcəri Mədən” ölçü qovşaqlarından və "Zaqatala" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır", - məlumatda deyilir. Dominos pizza

Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun (DSK yolu və Çiçək yaşayış massivi, Sulutəpə, Xocahəsən, Biləcəri, Binəqədi qəsəbələri) və Zaqatala rayonunun (Zaqatala şəhəri və Aşağı Tala, Yuxarı Tala, Muxax, Zəyəm, Car, Zilban, Kebeloba, Çökək və Göyəm kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!