Eks-prezidentin evində axtarış aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Eks-prezidentin evində axtarış aparıldı

Dünya

14 İyun 2023 11:10 576


Polis Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin evinə basqın edib.

Yenisabah.az DPA-ya istinadla xəbər verir ki, istintaq hərəkətləri onun 2007-ci ildə seçki kampaniyasının Liviya hakimiyyəti tərəfindən mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib. 

Müstəntiqlər sabiq dövlət başçısını dindiriblər. Yeni yoxlamalara səbəb bu iş üzrə ittiham tərəfi üçün əsas şahidin əvvəllər verdiyi ifadəsinin rədd edilməsi olub. Pepperoni pizza

Fransa-livanlı iş adamı Ziyad Təkiəddin 2016-cı ildə demişdi ki, 2006-cı ilin sonu və ya 2007-ci ilin əvvəlində o, Liviya hakimiyyətindən o vaxt Sarkozinin rəhbərlik etdiyi Fransa DİN-ə “pullu çamadanlar”ı çatdırılmasında vasitəçi olub. İddialara görə, pul onun kampaniyasını maliyyələşdirmək üçün istifadə olunub. Sonradan Təkiəddin gözlənilmədən sözlərini danıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!