Əli Əsədovdan şəhid ailələri ilə bağlı mühüm   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədovdan şəhid ailələri ilə bağlı mühüm QƏRAR

Sosial

17 Dekabr 2021 19:06 816


Sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük veriləcək.

Yenisabah.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarında öz əksini tapıb.

Qərar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanıb. pizza

Həmin qanunla edilmiş dəyişikliyə əsasən, şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.

Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” qərarda dəyişiklik edilməsinə zərurət yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!