Qoxu itkisi, qəbizlik, əllərin titrəməsi parkinson xəstəliyinin əlamətləri ola bilər.
Yenisabah.az xəbər verir ki, Nevroloq Güven Arslan bu xəstəliyə erkən diaqnoz qoyula biləcəyini açıqlayıb:
“Bu xəstəlik beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin pozulması nəticəsində meydana gəlir. Dopamin istehsal edən hüceyrələrin hərəkətlərin idarə olunması, harmoniya və axıcılığından da məsuldur.” pizza
Xəstələrin çox yavaş yeridiyini, danışmaqda çətinlik çəkdiyini, ifadələrinin çox sönük olduğunu, parkinson xəstəliyinin gündəlik həyatı çox təsir etdiyini vurğulayan Dr. Arslan buna görə də ictimaiyyətin məlumatlandırılmasının çox vacib olduğunu, düzgün diaqnozla düzgün müalicə tətbiq edildikdə xəstələrin funksional imkanlarının çox artdığını bildirib.
“Bu gün beyində əskik olan dopamini əvəz edəcək müalicə strategiyaları var. Bu məqsədlə gündə bir neçə dəfə istifadə olunacaq tablet müalicələri və inyeksiya müalicəsi var. Xəstəliyin sonrakı mərhələlərində cihaz yardımlı müalicələr dediyimiz dərmanların mədəyə bir boru vasitəsilə yeridilməsi və ya beyin kardiostimulyatoru dediyimiz beyindəki bəzi bölgələrin stimullaşdırılması ilə simptomlar aradan qaldırılmağa çalışılır” - deyə mütəxəssis fikrini tamamlayıb.
Şeyla SƏMİYEVA
Telegram kanalımız