"Ötən gecə Vahid müəllimin (Əməkdar artist Vahid Əliyev - red.) gözlənilmədən vəziyyəti ağırlaşdı. Məlum oldu ki, o, infark keçirib. Dərhal təcili tibbi yardıma zəng vurdum. O, ilkin müdaxilədən sonra klinikaların birində anju olundu. Hazırda vəziyyəti ağır olaraq qalır".
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri 70 yaşlı Əməkdar artist Vahid Əliyevin xanımı Tamilla Əliyevadeyib.
Onun sözlərinə görə, aktyor yaxın günlərdə ürək əməliyyatı keçirəcək: pizza sifarişi
"Səhər saatlarında müayinələrdən keçmək üçün onu klinikaya apardım. Bütün analizləri yoxlanıldı. Həkimlər mənə söylədilər ki, o hələ 10 gün xəstəxanada qalacaq. Qanı durulmalıdır ki, bundan sonra onu əməliyyata götürsünlər. Yalnız bundan sonra o ürəyindən əməliyyat olunacaq".
Telegram kanalımız