Əməliyyatdan sonra ölən 18 yaşlı Aytənin FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Əməliyyatdan sonra ölən 18 yaşlı Aytənin FOTOSU

Hadisə

07 Sentyabr 2024 14:24 623


Zərdabda 18 yaşlı Qarayeva Aytən Ramil qızı cərrahiyyə əməliyyatından sonra vəfat edib.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi bildirilib.

Belə ki, rayonun Qoruqbağı kənd sakini A. Qarayeva əməliyyatdan sonra özünü narahat hiss edib və o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ağır vəziyyətdə apendisit əməliyyatı olunan xəstənin vəziyyəti daha da pisləşib. Yaxınları onu Bakıdakı xəstəxanalardan birinə gətirmək istəsələr də, həyatını xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!