Ən azı 20 gün sərt karantin: Vəziyyət gərginləşir…

saytların hazırlanması

Evə çatdırılma

Ən azı 20 gün sərt karantin: Vəziyyət gərginləşir…

Sosial

30 Mart 2021 12:57 2931


Epidemioloji vəziyyətin pisləşməsinə uyğun olaraq təbii ki, karantin qaydaları sərtləşdirilə bilər.

“Yeni Sabah” Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, bu addım insanlar arasında olan təması azaltmaq üçündür:

"Hazırda koronavirus dünyada müxtəlif mutasiyalara uğrayır. Yeni mutasiyaların sayı 200-dən çoxdur və onlar yeni fərqli formalarda özünü göstərir. İnsanlarda təkrar yoluxma müşahidə olunur, vaksin vurduran şəxslərdə virus aşkarlanır və yolxumaların sayı sürətlə artır. Ona görə də bu cür halların qarşısını almaq üçün karantin yeganə tədbirdir". Toyuqlu pizza

A.Qeybulla qeyd edib ki, Azərbaycanda karantin rejimi bir neçə formada tətbiq edilə bilər: "Epidemioloji situasiyadan asılı olaraq ən sərt tədbirlər görülə bilər, misal üçün sms icazə, yaxud müxtəlif məhdudiyyətlər tətbiq oluna bilər. Lazım olan nəticəni almaq üçün isə, sərt karantin ən azı 20 gün, yaxud bir ay davam etməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!