“Ən bədbəxt“ ölkələr hansıdır?

saytların hazırlanması

Evə çatdırılma

“Ən bədbəxt“ ölkələr hansıdır?

Dünya

13 İyun 2023 16:06 830


Zimbabve ölkələrin əsasən iqtisadi şərtlərlə qiymətləndirildiyi “bədbəxtlik indeksi”nə başçılıq edir. Şərqi Afrika ölkəsi müharibədən əziyyət çəkən Ukraynanı (8-ci), Venesuela (2-ci) və Suriyanı (3-cü) geridə qoyub.

Yenisabah.az xəbər verir ki, müharibədən əziyyət çəkən Sudan siyahıda beşinci yeri tutur.

157 ölkənin yer aldığı siyahıda Rusiya 79-cu pillədədir. Böyük Britaniya 129-cu yerdədir, son yeri isə İsveçrə tutur. Dominos pizza

İllik "bədbəxtlik indeksi" Con Hopkins Universitetinin tətbiqi iqtisadiyyat professoru Stiv Hanke tərəfindən tərtib edilir. Bu indeks - işsizlik, inflyasiya, bank kredit faizləri və adambaşına düşən real ÜDM-in cəmi ilə tərtib olunur.

Hankenin sözlərinə görə, ən bədbəxt ölkələr bunlardır: Zimbabve, Venesuela, Suriya, Livan, Sudan, Argentina, Yəmən, Ukrayna, Kuba, Türkiyə.

Reytinqdə Ermənistan 157 ölkə arasında 75-ci yerdədir. Türkiyə 10-cu, İran 19-cu, Gürcüstan 36-cı, Azərbaycan 62-ci pillədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!