“Ən böyük tənqidçilərim valideynlərimdir“ - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Ən böyük tənqidçilərim valideynlərimdir“ - Aktrisa

Şou

09 Dekabr 2022 15:33 687


"Tənqidi sevirəm və hər zaman özümə tənqidi yanaşıram. Mənim həyatda ən böyük tənqidçilərim valideynlərimdir".

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu aktrisa Ülviyyə Əliyeva deyib.

O əlavə edib: "Fərqi yoxdur, istər verilişə çıxım, istər tamaşada oynayım, istərdə də filmə çəkilim, gəlib baxırlar. Onların fikri mənim üçün önəmlidir. İlk onların fikirlərini öyrənirəm. Sezar pizza

Bir də baxır tənqidi kim edir?! Dünyagörüşlü bir insan tənqid edərsə, bunu qəbul etmək çətin deyil. Tənqidlərlə daha çox sosial şəbəkədə üzləşirik. Bəzən elə misallar çəkirlər ki, təsəvvür edin ki, onların misal çəkdiyi şeylərlə mənim aramda böyük bir məsafə var. Artıq onların məlumatsız olduğu və yalan danışdığı bilinir. Amma qərəzsiz tənqiddən nəticə çıxarmaq yaxşı xüsusiyyətdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!