UEFA-nın Avropa kubokları uğrunda yarışında birinci təsnifat mərhələsinin ilk matçları başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına bu mərhələdən qoşulan ölkələrdən yalnız 28-si əmsal yığa bilib.
Hazırda bu sıralamada ilk pilləni Azərbaycan tutur. Pepperoni pizza
3 klub - “Sabah” (Çempionlar Liqası), “Qarabağ” (Avropa Liqası) və “Zirə” (Konfrans Liqası) ilk matçlarda qalib gəlməklə ölkə reytinqinə ümumən 0,750 xal yazdırıb.
Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi olan “Neftçi” isə mübarizəyə ikinci mərhələdən başlayacaq.
Xatırladaq ki, 2025/26 mövsümünün yekun reytinqində Azərbaycan 5,812 əmsalla 21-ci yeri tutub.
Telegram kanalımız