UEFA Avropa Liqasının əsas mərhələsində “Beşiktaş”la “Hapoel” (Beer-Şeva) arasında keçirilən görüşdə azarkeşlər arasında niyə dava düşdüyü məlum olub.
"Yeni Sabah" xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki “Batumi Arena”da baş tutan matçın ilk hissəsində türk klubunun tərəfdarları Fələstinə dəstək verən plakat sərgiləyiblər.
Onların "Qatil İsrail!" şüarları əks tərəfdə qıcıq yaradıb. Əlbəyaxa davaya polis müdaxilə edib. Daha sonra polis "Beşiktaş" azarkeşlərinə qarşı kobud hərəkətlər edib. İnternet mağaza
Telegram kanalımız