Ən xoşbəxt günləri faciəyə çevrildi - 22 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Ən xoşbəxt günləri faciəyə çevrildi - 22 nəfər həlak oldu

Dünya

07 Sentyabr 2026 14:42 78


Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimi zamanı dəhşətli hadisə baş verib. Toy salonunda başlayan yanğın qısa müddətdə panikaya və izdihama səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Lingvala rayonunda yerləşən “Panacee” adlı toy salonunda qonaqların mərasimdə olduğu vaxt hələlik müəyyən edilməyən səbəbdən yanğın başlayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 22 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə paytaxtdakı müxtəlif səhiyyə müəssisələrinə çatdırılaraq müalicəyə cəlb olunublar. pizza mizza

Yanğının necə başladığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Faciədən sonra Konqo Demokratik Respublikasının Baş nazirinin müavini və daxili işlər naziri Jakmain Şabani hərəkətə keçib.

Nazir ölkə üzrə toy salonları və kütləvi tədbirlərin keçirildiyi məkanlarda təhlükəsizlik vəziyyətinin yoxlanılması barədə göstəriş verib. Təhlükəsizlik standartlarına cavab verməyən məkanların isə dərhal bağlanması tapşırılıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!