Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının düşmən işğalından azad olunmasının ildönümü münasibətilə paylaşım edib.
Bu barədə "Yeni Sabah" xəbər verir.
Ərdoğan paylaşımında Azərbaycanın paytaxtı Bakını azad olunmasının ildönümü münasibətilə təbrik edib, Qafqaz İslam Ordusunun Komandanı Nuru Killigil Paşanı və qəhrəman türk əsgərlərini rəhmətlə yad etdiyini bildirib. Sezar pizza
“Dostumuz, qardaşımız Azərbaycanın paytaxtı Bakının düşmən işğalından qurtuluş ildönümünü təbrik edir, Qafqaz İslam Ordusu Komandanı Nuru Killigil Paşanı və qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Aytac Əliyeva
Telegram kanalımız