Ərdoğan bu gün Qəzzaya dəstək mitinqi keçirir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan bu gün Qəzzaya dəstək mitinqi keçirir

Dünya

28 Oktyabr 2023 13:23 730


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzza zolağına qarşı əməliyyatı dayandırmağa çağırıb.

Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, o, rəsmi Təl-Əvivin çılğın vəziyyətindən çıxmasını istəyib.

"Qadınlar, uşaqlar, günahsız dinc sakinlər İsrailin getdikcə artan, daha aktiv bombardmanları altında qalır, humanitar böhran dərinləşir", - deyə Türkiyə prezidenti qeyd edib. pizza hut

Ərdoğan Türkiyə vətəndaşlarını fələstinlilərin müdafiəsi üçün Şənbə günü İstanbul Atatürk Hava Limanında keçirilməsi planlaşdırılan mitinqdə iştirak etməyə çağırıb. Onun mitinqdə çıxış edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!