Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin ikinci AES-in tikintisi ilə bağlı söhbətin təfərrüatlarını açıqlayıb.
Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, onun gücünə görə Akkuyu AES-i keçə biləcəyini istisna edilmir.
Türkiyə dövlət başçısı deyib: “Yaxın 2-3 ildə Mersində Akkuyu AES-in istifadəyə verilməsi ilə Türkiyənin enerji təhlükəsizliyi gücləndiriləcək. Bundan əlavə, Putinlə Sinopdakı ikinci atom elektrik stansiyası mövzusunu müzakirə etmişəm. Toyuqlu pizza
Ümid edirəm ki, orada da 4 reaktorlu atom elektrik stansiyası tikiləcək. Tutumu baxımından onu “Akkuyu”nu keçəcəyini istisna etmirəm. Bu məsələ də həll olunanda Türkiyə üçün enerji daşıyıcıları problemi böyük ölçüdə aradan qalxacaq və biz asanlıqla elektrik enerjisi ixracına başlaya biləcəyik”.
Telegram kanalımız