Ərdoğandan İstanbuldakı partlayışla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan İstanbuldakı partlayışla bağlı açıqlama

Dünya

13 Noyabr 2022 20:44 2654


"Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar".

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir", - Ərdoğan qeyd edib. Dördpendirli pizza

O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən olduğu kimi bu gün də, sabah da hədəfinə çatmayacaq.

Ərdoğan bombalı hücumda həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara isə şəfa diləyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!