Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevorq Papoyan fevralın 22-dən 24-dək İstanbulda olacaq.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, müvafiq qərarı parlamentin spikeri Alen Simonyan imzalayıb.
Erməni deputat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Daimi Komitəsinin xüsusi iclasında iştirak edəcək.
Telegram kanalımız