Erməni mayor Füzulidə minaya düşüb öldü

saytların hazırlanması

Evə çatdırılma

Erməni mayor Füzulidə minaya düşüb öldü

Rəsmi

05 May 2020 08:36 1063


Ötən gün axşam saatlarında təmas xəttinin Füzuli istiqamətində "mina partlayışı" nəticəsində ölən erməni hərbi qulluqçusu rütbəcə mayordur. 

Ermənistan KİV-lərinin xəbərlərinə görə, 32 yaşlı mayor Taron Poqosyan Vazgen adına hərbi məktəbi bitirib, Araratın Vosketap icmasındandır və 3 uşaq atası idi. 

Erməni tərəfi onun "mina partlayışından" həlak olduğunu bildirir, lakin həmin partlayan minanın piyadalar əleyhinə mina, yoxsa minaatan mərmisi olduğunu dəqiqləşdirmir. Məlumdur ki, son günlər Azərbaycan ordusu cəbhə boyu düşmənin fəallığına cavab olaraq minaatanları tətbiq edir. /Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!