Erməni ordusu Xocalı və Xankəndiyə toplanmağa başladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni ordusu Xocalı və Xankəndiyə toplanmağa başladı - Video

Rəsmi

28 Dekabr 2020 18:58 1690


Müharibədən sonra Qarabağda qalan erməni silahlıları çətin vəziyyətdədir. Əksər hərbi hissələr ya dağıdılıb, ya da Azərbaycan Ordusunun nəzarətinə keçib. İndi erməni silahlı birləşmələri Xocalı və Xankəndi istiqamətində yerləşirlər.

Yenisabah.az bildirir ki, "Sputnik Armenia” dekabrın şaxtasında erməni silahlılarının əllə yeni sığınacaq və səngər qazdıqlarını yazır. Onlar ekskavator istəsələr də, heç bir cavab verilməyib. Ermənistan Müdafiə Nazirliyinin də artıq Qarabağdakı hərbçilərlə əlaqəsi itib.

"Əsgərlərdən birinin fotosunu əldə etdik. Əllə qazdıqları səngər əsgərin dizinə qədərdir. Belə səngərdə qorunmaq mümkündürmü?”, - sayt yazır.

Daha sonra Azərbaycanı müqayisə göstərir: "Azərbaycan Ordusu ekskavatorların köməyi ilə bir neçə saat ərzində dərin səngərlər qazaraq, mövqelərini möhkəmləndirdilər. Erməni əsgərlər artıq bölgədə qalmaq istəmirlər”.

Qeyd edək ki, 10 noyabr razılaşmasına görə Qarabağdakı erməni silahlıları rusiya sülhməramlılarının bölgəyə gəlməsinə paralel olaraq çıxarılmalıdır. /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!