“Davam” Gənclər Hərəkatının təşəbbüsü ilə Türkiyə Respublikasında “BLACKGARDEN” adlı start-up geyim markası fəaliyyət göstərməyə başlayıb”.
Yenisabah.az xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edib. O, markanın özəlliklərindən söz açıb:
“Bu markanın özəlliyi ondan ibarətdir ki, istehsal olunan məhsulların üzərində Azərbaycan həqiqətləri yer alacaq. İlk istehsal olunan isti geyimlər tam təmənnasız olaraq artıq Bakıya göndərilib. Bu markanın fəaliyyətə başlaması üçün ilkin investisiya markanın həmtəsisçiləri, Azərbaycana böyük sevgi bəsləyən, “Davam” Gənclər Hərəkatının dostları Yusuf Sivri, Ezgi Ayda, Ahmet Donan və Ahmet Alican Arslan tərəfindən qoyulub.
Yaxın günlərdə bu isti geyimlər Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin mülkü vətəndaşlarına qarşı törətdiyi hərbi cinayət və terror aktları nəticəsində Gəncə şəhəri və Bərdə, Tərtər rayonlarında evləri dağılmış soydaşlarımıza çatdırılacaq”.
Telegram kanalımız