Erməni yalanlarına qarşı Azərbaycan həqiqətləri

saytların hazırlanması

Evə çatdırılma

Erməni yalanlarına qarşı Azərbaycan həqiqətləri

Siyasət

16 Yanvar 2020 12:09 1248


Rusiyanın “gazeta.ru” saytı “Bu qoxu məni izləyir”: Bakıda erməni təqiblərinin 30 ili” başlıqlı material dərc edib.

Yenisabah.az xəbər verir ki, materialda 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı “zorakılıqları”ndan bəhs edilir.

“Azərbaycan radikalları”nın “zorakılıqları”nın qondarma qurbanları uydurma əhvalatları ilə azərbaycanlıların mənfi obrazını yaratmağa çalışıblar.

Bu ermənilərin birinci yalanı deyil. Zaman-zaman ermənilər öz əməllərini azərbaycanlıların adına yazmağa çalışıblar. 1988-ci ildə Sumqayıtda baş verən hadisələrin əslində ermənilər tərəfindən təşkil olunduğu artıq dünya ictimaiyyətinə bəlli olsa da, yenə də bu məsələdə azərbaycanlılari günahlandırırlar. Halbuki, Sumqayıtda ermənilərə qarşı törədilən qəddar əməllərin başında Eduard Qriqoryanın dayandığı məhkəmə yolu ilə də sübut edilib. 

Tanınmış hüquqşünas Aslan İsmayılovun bu barədə yazdığı “Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” kitabında 1988-ci il fevral ayının 28-də Sumqayıtda baş verən hadisələrin mahiyyəti istintaq materialları və digər faktlarla çılpaqlığı ilə ortaya qoyulub. Aslan İsmayılov şəxsi vəsaiti hesabına həmin kitabı bir neçə dildə nəşr etdirib və dünyanın müxtəlif ölkələrində tirajlayıb. Eyni zamanda Sumqayıt hadisələri ilə bağlı əlində olan faktları internet resurslarına yerləşdirib. 

Bundan başqa, Ermənistanda yaşayan azərbaycanlıların bu ölkədən kütləvi deportasiyası faktı var.1987-1988-ci illəri əhatə edən sonuncu deportasiya əməliyyatı ilə Ermənistan 172 yaşayış məntəqəsinin yerləşdiyi 8 min kvadrat kilometr ərazidə yaşayan azərbaycanlı sakinlərini tarixi torpaqlarından qovub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının statistik məlumatlarına əsasən 1988-ci il dekabr ayının birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı zorla daimi yaşayış yerlərindən deportasiya edilib. 

Ermənilər deportasiya zamanı azərbaycanlılara qarşı xüsusi vəhşilik də törədiblər. Bu faktlar SSRİ Daxili İşlər Nazirliyinin yarımçıq qalmış istintaq materiallarında əks olunub. İstintaq materiallarına əsasən deportasiya əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər isə öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır.

Bu ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin cüzi hissəsidir. Biz hələ Xocalı soyqırımından, Dağlıq Qarabağın ayrı-ayrı yaşayış məntəqələrində törətdikləri qətliamlardan bəhs etmirik...

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!