Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənilər aksiyaya başladı
08 Dek 2021 07:13
543

Ermənilər aksiyaya başladı

Dekabrın 7-də Ermənistan ordusunun əsir və itkin düşmüş hərbçilərinin yaxınları ölkə hökumətinin binası qarşısına toplaşıb. Etiraçılar parlamentin spikeri Alen Simonyandan dərhal onların yanına gəlib dediklərini izah etməyi tələb ediblər.

Qeyd edək ki, A.Simonyanın əsirlərlə bağlı qalmaqallı açıqlamaları toplaşanları hiddətləndirib. Belə ki, bir müddət öncə sosial şəbəkələrdə spikerin bu əsirlərin artıq onun üçün mövcud olmadığını (çox güman ki, bu il noyabrın 16-da əsir götürülən bir qrup hərbi qulluqçu nəzərdə tutulur – red.) bəyan etdiyi videosu yayılıb. A.Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq qaçıb və azıblar. Nəticədə də əsir düşüblər.

Etirazçılar spikerdən sözlərinə görə izahat tələb ediblər və bildiriblər ki, əgər A.Simonyan onların qarşısına çıxmasa, radikal tədbirlərə əl atacaqlar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər